Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi tətbiq edilib

24 İyul 2020 12:33

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar kəndində sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, kənddə koronavirus epidemiyasının geniş yayılması ilə əlaqədar olaraq gecə saatlarından etibarən kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Bundan başqa, ərazidə polis postları quraşdırılıb.

Milli.Az