Koronavirusa yoluxan həkim Cavid Paşayevdən XƏBƏR VAR

24 İyul 2020 10:37

Koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Məlumatda bildirilir ki, o hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur:

"Hemodinamik stabildir. Saturasiyası 90-98%-dir. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur".

Milli.Az