Kipr - Azərbaycan oyununun stadionu açıqlandı

24 İyul 2020 13:33

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda rəqiblərini paytaxt Nikosiyadakı GPS stadionunda qəbul edəcək.

Qeyd edək ki, Kipr yığması sentyabrın 8-də evdə millimizlə qarşılaşacaq. Canni De Byazinin baş məşqçi olduğu yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

Milli.Az