Gürcüstanda koronavirusa yoluxanların sayı 1 104 nəfərə çatıb

24 İyul 2020 11:59

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 19 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 104 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 936 nəfər karantində saxlanılır, 268 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 912 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

Milli.Az