"Neftçi"dən ayrılan futbolçu Latviya klubunda

24 İyul 2020 16:50

"Neftçi" ilə yollarını ayıran Dario Frederikonun yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu "Riqa" ilə müqavilə imzalayıb. Bu barədə Latviya klubunun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Dario Frederiko Azərbaycanda "Kəpəz"in də formasını geyinib. O, "Neftçi"nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.

Milli.Az