İkimərtəbəli evdə yanğın olub

24 İyul 2020 11:10

Füzuli rayonunun Əhmədbəyli kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin döşəməsi 3 m² sahədə, plastikdən ibarət pəncərə çərçivəsi və bir otağına yığılan taxta materiallar 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az