Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

23 İyul 2020 22:52

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 829 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 658 782 test aparılıb. Aktiv xəstə sayı 7 615 nəfərdir, onlardan 330 nəfər reanimasiyadadır, 66 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az