Koronavirus Gürcüstandakı şirkət və kompaniyaların fəaliyyətinə ciddi ziyan vurub

24 İyul 2020 06:30

Koronavirus Gürcüstandakı şirkət və kompaniyaların fəaliyyətinə ciddi ziyan vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanda Ticarət-Sənaye Palatası məlumat yayıb.

Bildirilir ki, palata ölkə üzrə 1553 biznes-subyekti arasında sorğu keçirib. Sorğu əsasən kiçik və orta sahibkarlıq şirkətləri arasında aparılıb. Şirkətlər iqtisadiyyatın 50-dək sahəsində fəaliyyət göstərir.

Sorğunun nəticələrinə görə, şirkətlərin 76 faizinin dövriyyəsi azalıb, 39 faizi nəzərdə tutulan investisiya planlarını həyata keçirə bilmir, 43 faizi isə əməkdaşlarına əmək haqlarını ödəyə bilmir.

Palatanın məlumatına görə, şirkətlərin 91 faizi hökumətin COVID-19 virusuna qarşı mübarizə tədbirlərini dəstəkləyir.

Milli.Az