"Şeron"un prodüseri 42 yaşında vəfat etdi

23 İyul 2020 16:54

"Şeron" qrupunun prodüseri Tərlan Ələkbərov dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 42 yaşında bu gün vəfat edib.

Qrupun solistlərindən olan Ülvi Cəfərov axşam.az-a açıqlamasında bildirib ki, Tərlanın səhhətində heç bir problem olmayıb:

"Xəbəri indi almışam. Məscidə gəldim. Xəstə deyildi, nədən ölüb bilmirik. Ailəsi deyir ki, qəflətən oldu".

Qeyd edək ki, Tərlan, eyni zamanda, saz ifaçısı idi.

Milli.Az