İsmayıllıda bio-smart dayanacaq pavilyon istehsal edən zavod inşa olunacaq

23 İyul 2020 12:57

İsmayıllı rayonunda bio smart dayanacaq-pavilyon istehsalı zavodunun inşası nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı Rayon İcra Hakmiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq həmin pavilyondan biri istehsal edilərək rayon mərkəzində quraşdırılıb:

"Yaxın vaxtlarda daha bir pavilyon istehsal edilərək şəhər ərazisində quraşdırılacaq. Pavilyon əsasən avtobus dayanacaqları üçün nəzərdə tutulub. Dayanacaq-pavilyon iki hissədən, 8 oturacaqdan ibarətdir. Gələcəkdə bu tip pavilyon istehsal edən zavodun tikintisi nəzərdə tutulur".

Milli.Az