UEFA-dan "Fənərbağça"ya sərt cəza

23 İyul 2020 15:09

UEFA "Fənərbağça"nı cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisinin cəzalanmasına maliyyə feyr-pleyi qərarlarına əməl etməməsi səbəb olub. Bu səbəbdən klub 2 milyon avro məbləğində cərimələnib. Bu cərimə Fenerbahçe-nın 2020/21 və 2021/22 mövsümlərində avrokuboklardakı gəlirlərindən tutulacaq.

Milli.Az