Ruhinin hamiləlik FOTOSU üzə çıxdı

23 İyul 2020 11:45

Məşhur biznes ledi Ruhi Əliyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az big.az-a istinadla xəbər verir ki, Ruhi instaqram hesabında hamiləlik fotosunu paylaşıb. Onun fotosu izləyicilərin diqqətinə səbəb olub.

Aparıcı Nanə Ağamalıyeva ilə birlikdə görüntüləndiyi fotoya "Zaman necə də tez keçir...Bu foto tam 8 il öncə övladlarıma qovuşmağıma sayılı günlər qalarkən çəkilib... Bu şəklə hər baxdığımda o anlarda yaşadığım həyəcanı, sevinci, səbrsizliyi sanki dünənmiş kimi xatırlayıram. Məni həmin günlərdə tək qoymayan Nanəm, Allah sənə və bütün qızlarımıza bu əvəzsiz duyğuları dadmağı nəsib etsin" şərhini yazıb.

Milli.Az