"Milan"da ciddi itki

23 İyul 2020 09:06

Milan ciddi itkiylə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Alessio Romanyoli zədələnib. Bu barədə Milan-ın baş məşqçisi Stefano Pioli açıqlama verib.

Pioli 25 yaşlı müdafiəçinin mövsümün qalan hissəsində Milan-a kömək edə bilməyəcəyini deyib.

Qeyd edək ki, Milan A Seriyasında sona 3 tur qalmış 5-ci sıradadır.

Milli.Az