Azercell müğənni Röyanın ittihamlarına rəsmən cavab verdi
20 Dekabr 2011 18:27
Xatırladaq ki, Röya, şirkəti onun icazəsi olmadan mahnılarından "Zengimcell" xidmətində istifadədə ittiham edib.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, qurumdan verilən açıqlamada deyilir: ""Azercell" şirkətinin "Zengimcell" xidməti xüsusi şirkət - kontent-provayder vasitəsilə həyata keçirilir. Şirkətimiz yalnız bu xidmətə texniki dəstəyə görə məsuliyyət daşıyır. Belə hallarda müəllif qonorarlarına aid məsələlər yalnız kontent-provayder tərəfindən həll olunur. Beləliklə, müğənni məsələnin həlli üçün müvafiq şirkətə və ya müəllif hüquqlarının müdafiəsilə məşğul olan quruma müraciət etməlidir".
Xatırladaq ki, bu gün KİV-də Röyanın "Azercell" şirkətilə bağlı Baş Prokurorluğa şikayət etdiyinə dair məlumat yayılıb. Müğənninin mətbuat katibi "bu hüquq pozuntusunun 10 ildən artıqdır davam etdiyini" söyləyib: "Nə qədər ki, bunun qarşısı alınmayıb və Röyaya kompensasiya ödənilməyib, biz hüquqlarımızın müdafiəsini tələb edəcəyik".
Milli.Az