Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 22-nə olan statistik göstəriciləri açıqlayıb.
Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 221 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 649 953 test aparılıb. Aktiv xəstə sayı 7 805 nəfərdir, onlardan 322 nəfər reanimasiyadadır, 65 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Milli.Az