Bakıda külək ağacı yola aşırıb

22 İyul 2020 20:40

Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Bakıda, S.Əsgərova küçəsində yol kənarındakı ağac aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb.

Vətəndaşlara küləkli hava şəraitində avtomobillərini ağacların altında park etməmələrini tövsiyə edilir.

Milli.Az