Kavani Premyer Liqaya keçir

22 İyul 2020 17:27

PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçu ilə "Leeds United" klubu maraqlanır.

16 il sonra Premyer Liqaya qayıdan komanda hücum xəttini gücləndirmək niyyətindədir. Klubun prezidenti Kavanin axtardıqları forvard ola biləcəyini açıqlayıb.

Milli.Az