Yeni mövsüm Türkiyə Superliqasında oynayacaq "Hatayspor" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla danışıqları davam etdirir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Nihat Tazearslan "CBC Sport"a bildirib:
"Hələ heç nə bəlli deyil. Hər şey bu həftə bəlli olacaq. Hazırda danışıqlar davam edir. Cümə günü İdarə Heyəti ilə toplantı keçirəcəcəyik və bu məsələyə də orada aydınlıq gələcək".
Milli.Az