SOCAR hava şəraitinə görə təhlükə yarada biləcək işləri dayandırdı - RƏSMİ

22 İyul 2020 13:35

SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O qeyd edib ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar bütün risk yarada biləcək işlər dayandırılıb.

Qeyd edək ki, dünəndən ölkə ərazisində hava şəraiti dəyişib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.3 metrə çatıb.

Milli.Az