Azərbaycanda ilk dəfə bio smart avtobus dayanacağı - Pulsuz wifi, mini bar

22 İyul 2020 12:39

Azərbaycanda ilk dəfə olaraq bio smart avtobus pavilyonu yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İsmayıllı rayon mərkəzində yerləşən dayanacaq-pavilyon artıq istifadəyə verilib.

Dayanacaqda pulsuz wifi, tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, Mini bar (su, fanta, kola), enerji portu, usb quraşdırılıb.

Pavilyon günәş enerjisi ilә işlәyir. Dayanacaqda 8 oturacaq yerləşdirilib.

Milli.Az