"Bu bütövlük qarşısında mütləq ki, sən diz çökəcəksən" - Aygün Kazımova - FOTO

22 İyul 2020 12:11

Xalq artisti Aygün Kazımova yeni fotosessiyası üçün obyektiv qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi əsgər geymindən istifadə edib. Kazımova şəkillərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Müğənni fotolarına "Görürsənmi dalğalanan ay ulduzlu bayrağı, Duyursanmı, vətənimin polad ruhlu ərlərinin səsini? Yağı düşmən, səninləyəm! Aslanıyla, ərkəyi ilə bir bütövəm,  Bu bütövlük qarşısında mütləq ki, sən diz çökəcəksən" sözlərini yazıb.

Milli.Az