Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib - FOTO

22 İyul 2020 10:12

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"

Milli.Az