Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
1994-cü il təvəllüdlü Nizami Məmmədov yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az