Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi

21 İyul 2020 18:06

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanla işgüzar səhər yeməyi zamanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend TASS-a istinadən məlumat verir.

Görüş zamanı Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərin gücləndirilməsinin perspektivləri müzakirə edilib.

Milli.Az