Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub.
Türkiyə Prezidenti yük daşımalarının artıq Pekindən Londona qədər fasiləsiz daşındığını da qeyd edib.
Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona yaxın yük daşınıb.
Milli.Az