Tvitter-ə hücum zamanı oğurlanan bütün bitcoin-lər bloklandı

23 İyul 2020 22:50

Kriptovalyuta platforması Coinbase Tvitter hücumları zamanı oğurlanan bitcoin-lərlə bağlı məlumat yayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, məlumatda hücum zamanı 280 min dollar dəyərindəki bitcoin-in bloklandığı, hesabların dondurulduğu bildirilib.

Qeyd olunub ki, sözü gedən məbləğ 1100 nəfərdən saxtakarlıq yolu ilə toplanıb. Məlumatda, həmçinin digər məşhurlarla yanaşı, Tvitterin rəhbəri Jack Dorseyin hesabının da oğurlandığı vurğulanıb.

Xatırladaq ki, kiberhücum nəticəsində hesabı oğurlanan məşhurların adından belə bir paylaşım edilib: "Hesabıma göndərilən bütün bitcoin ödəmələrini iki dəfə artıq qaytarmağı qərara aldım. Min dollar yollayırsan, 2 min dollar geri göndərirəm".

Milli.Az