TikTok İngiltərəyə köçürülür

23 İyul 2020 21:40

TikTok-un əsas mərkəzi ByteDance baş ofisini İngiltərəyə köçürəcəyi ilə bağlı məlumat verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, məlumatda buna səbəb kimi TikTok-un Çin ilə əlaqəli olması, buna görə də ABŞ-ın təzyiqləri ilə üzləşməsi göstərilib. Həmçinin rəsmilər şirkət hissələrini satmamaq üçün onun Çinlə əlaqəsinin zəiflətməyi planlayırlar.

Mütəxəssislərin fikrincə, İngiltərəyə köçürülmə iddiası da şirkətin Çinlə uzaqlaşma planının bir hissəsidir.

Milli.Az