20 dəqiqə ərzində cavabı məlum olan koronavirus testi hazırlanıb

23 İyul 2020 22:20

Avstraliyada 20 dəqiqə ərzində cavabı çıxan koronavirus testi hazırlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Monash Universitetinin alimləri testin aparılması üçün 25 ml qan nümunəsi lazım olduğunu bildirib.

Məlumata görə, bu testlə analiz götürülən şəxsin koronavirus xəstəsi olub-olmadığı və ya qısa müddət öncə bu xəstəliyi keçirib-keçirmədiyi müəyyənləşəcək.

Test antikorların antigenlərlə bağlanmasına əsaslanır.

Qeyd edilib ki, bundan koronavirusa qarşı vaksinin cavabını müəyyənləşdirməkdə də istifadə ediləcək.

Milli.Az