Apple yeni nəsil iPhone-larda bu ekrandan istifadə edəcək

23 İyul 2020 22:10

Apple 2021-ci ildə yeni nəsil iPhone-lar üçün OLED ekranından istifadə edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu, gələcək iPhone modellərində yeni sensor panelləri olacağından xəbər verir.

Yeni ekran modeli telefonu daha uğurlu hala gətirəcək. Bu tip ekranlar daha incə dizayna malik olması ilə yanaşı, daha az xərc tələb edəcək.

İlkin məlumata görə, yeni modellərdən biri olan iPhone 12 5.4, 6.1 və 6.7 düym olmaqla fərqli ölçülü ekranlarla seçiləcək. Bu modeldə də OLED ekrandan istifadə ediləcək.

Milli.Az