Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu silahların terrorçuların əlinə keçməsi barədə də məlumatlar var:
"Mən Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırıram".
Milli.Az