Millimizin üzvünün komandası Sequndada qaldı

21 İyul 2020 14:08

İspaniya 2-ci liqasında 2019/2020 mövsümünə yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Albasete"  sonuncu turda səfərdə "Kadiz"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Albasete" bu qələbə ilə xalını 52-yə çatdırıb və 22 komanda arasında 17-ci yeri tutmaqla Sequndada qalıb.

Milli.Az