Vaqif Dərgahlıdan məhv edilən düşmən PUA-ları ilə bağlı açıqlama

21 İyul 2020 11:42

Bu gün düşmənin iki pilotsuz uçuş aparatı məhv edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, düşmənin pilotsuz uçup aparatları Ağdam rayonu və Tovuz rayonu istiqamətində mövqelərimiz üzərindən uçuş etməyə cəhd edib və hər iki aparat ordumuz tərəfindən məhv edilib.

Milli.Az