Premyer Liqanın daha bir iştirakçısı "Səbail" təlim-məşq toplanışı üçün Qəbələyə yollanır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi bu gün səfərə çıxaraq yeni mövsümün hazırlığına başlayacaq.
Baş məşqçi Aftandil Hacıyev səfərə 22 futbolçu aparır. Onlar arasında müqavilə müddəti başa çatanlar da var. Həmin futbolçularla danışıqlar Qəbələdə davam etdiriləcək.
Bundan başqa, "Səbail" Qəbələ toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Matçların tarixi də artıq bəllidir. Qəsəbə təmsilçisi iyulun 30-da, avqustun 3-də və 7-də qüvvəsini sınamaq fikrindədir. Ancaq rəqiblərin kimliyi hələlik bəlli deyil.
Qeyd edək ki, Aftandil Hacıyevi baş məşqçi postunda saxlayan "Səbail"in hələlik yeganə transferi Məqsəd İsayevdir.
Milli.Az