"Trabzonspor" baş məşqçisi Hüseyn Çimşirlə yolları ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, "Trabzonspor" H.Çimşirin rəhbərliyi altında Türkiyə Superliqasının 33-cü turunda "Konyaspor" 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.
Əlavə edək ki, "Trabzonspor" ölkə çempionatının bitməsinə 1 tur qalmış 62 xalla 2-ci pillədə qərarlaşıb.
Milli.Az