Mətbuat xidmətinin rəisinə iki müavin təyin edildi

21 İyul 2020 12:46

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisinə iki müavin təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavinləri təyin edilib.

Nazirliyinin mətbuat xidmətindən faktı sözügedən sayta təsdiq ediblər.

Milli.Az