"WhatsApp"ın işində qüsurlar yaranıb

21 İyul 2020 08:02

"WhatsApp" servisinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "WhatsApp"ın işində texniki qüsurlar əsasən Malayziya, Çin, Braziliya, Meksika, Argentina və Avstraliyada müşahidə edilib.

İstifadəçilərin təxminən 92 faizi serverə qoşulmaqda, 7 faizi isə "WhatsApp"ın veb-versiyasında problemlərlə üzləşiblər.

Milli.Az