Bakıda 26 yaşlı oğlan tanımadığı şəxs tərəfindən bıçaqlandı

21 İyul 2020 08:28

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Tarverdiyev Yusif İlham oğlu naməlum şəraitdə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az