SMS icazə üçün ayrılan 3 saatın gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur

20 İyul 2020 18:09

SMS icazə üçün ayrılan 3 saatın hazırda gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, son məqsəd yoluxmanın səviyyəsini azaltmaqdır: "Əgər yoluxmanı aşağı salmaq istəyiriksə, mümkün qədər az insanın evdən çıxması lazımdır. Ona görə də 3 saatın bölünməsi düzgün olmaz".

Milli.Az