"Növbəti mərhələlərdə yumşalmalar tədricən olacaq"

20 İyul 2020 17:58

Növbəti mərhələlərdə yumşalmalara gedəcəyik, ancaq bu yumşalmalar tədricən olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, sərt karantin rejimi avqustun 5-nə qədər uzadılıb: "Digər yumşalmalar avqustun 5-dən sonra ola bilər. Bütün sahələrin açılmasına tədricən gedəcəyik, ancaq biz elə etməliyik ki, yenidən sərt karantin rejiminə getməyək".

Milli.Az