"Dünyada tibb personalının 20 faizi bu virusa yoluxub"

20 İyul 2020 17:56

Koronavirusla mübarizədə başqa ölkələrdə tibb personalının 20 faizi bu virusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu fakt var: "Onlar, əsasən, viruslu xəstələrlə təmasdan yoluxub. Bunun üçün fərdi qoruyucu vasitələrdən istifadə olunsa da, yenə yoluxma faktları var. Bu xaricdə də belədir. Amma yenə də maksimum olaraq uniformalardan istifadə olunmalıdır".

Milli.Az