Ev şəraitində müalicə olunanların sayı açıqlandı

20 İyul 2020 17:41

Ev şəraitində COVİD-19-a yoluxan və ambulator şəraitdə müalicə olunan 12862 nəfər qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, 8 mindən artığının müayinə cavabı mənfidir: "Mənfi olsa da əlamətləri şübhəlidir. Digərləri isə əlaməti olanlardır. Hər gün onların bir qismi sağalır. Dünən 557 nəfər, bu gün 252 nəfər sağalıb. Poliklinikalara hər gün 400-500 nəfər müraciət edir. Hal-hazırda 6000 nəfərdən yaxma götürülüb".

Milli.Az