Fəxrəddin Qədirova "Əməkdar elm xadimi" fəxri adı verildi

20 İyul 2020 17:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.Ə.Qədirova "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fəxrəddin Əbülfət oğlu Qədirova "Əməkdar elm xadimi" fəxri adı verilsin".

Milli.Az