Azərbaycanda 369 nəfər koronavirusa yoluxdu, 523-ü sağaldı, 9 nəfər öldü

20 İyul 2020 17:07

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı 523 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, Azərbaycanda 388 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Milli.Az