Premyer Liqa klubunda istefa

20 İyul 2020 19:23

"Uotford" baş məşqçisi Naycel Pirsonla yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 56 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Komandaya müvəqqəti olaraq Hayden Mullins baş məşqçilik edəcək. "Uotford" Premyer Liqada 34 xalla 17-ci sıradadır.

Milli.Az