Azərbaycanlı aparıcı ikinci dəfə ata oldu

20 İyul 2020 17:22

"Xəzər TV"nin aparıcısı, aşpaz Ağakərim Əbülfəzoğlu ikinci dəfə ata olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə paylaşım edilib. Onun qızı dünyaya gəlib.

Qeyd edək ki, sözügedən telekanalın əməkdaşı Gülnarə ilə ailəli olan aparıcının daha bir qız övladı var. Ağakərim canlı yayımda sevgilisinə evlənmək təklifi etməklə gündəmə gəlmişdi.

Milli.Az