Özbəkistan çempionatının daha bir klubunda koronavirus infeksiyası aşkarlanıb.
Milli.Az apasport.az -a istinadən xəbər verir ki, "Buxara" klubunda kütləvi yoluxma olduğu açıqlanıb.
Adıçəkilən komandanın 8 futbolçusunun testinin nəticəsi pozitiv çıxıb. "Buxara"dan əvvəl "Bunyodkor", "Surxan" və "Paxtakor" futbolçularında koronavirusa yoluxma halı yaşanmışdı.
Qeyd edək ki, Özbəkistan çempionatında 8 turdan sonra "Buxara" 2 xalla 14-cü pillədə qərarlaşır.
Milli.Az