Qarabağda COVID-19-a yoluxanların sayı 171-ə ÇATIB

20 İyul 2020 17:44

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a yeni yolxuma halları aşkar olunub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ötən gün daha 3 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların 2-si Xankəndi, 1-i isə Ağdərə ərazisində məskunlaşmış ermənilərdə aşkar olunub.

Beləliklə, koronavirusa yoluxanların ümumi sayı Qarabağda 171 nəfərə çatıb. Onlardan 144-ü sağalıb.

Hazırda Laçın, Kəlbəcər və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.

Milli.Az