Koronavirusu 3 günə sağaldan metod tapıldı

20 İyul 2020 21:45

COVID-19 xəstəliyindən sağalmanı sürətləndirən üsul aşkarlanıb.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı ABŞ-da araşdırma aparılıb.

Araşdırmaya əsasən, aşağı dozalı şüa terapiyası koronavirus xəstələrinin sağalmasını sürətləndirir. 10 COVID-19 xəstəsi üzərində aparılan şüa terapiyası müalicəsi ilə adi metodlarla müalicə alan qruplar üzərində müşahidə aparılıb. Nəticədə şüa terapiyasının xəstələrin sağalmasını sürətləndirməyə kömək etdiyi məlum olub.

İlk metodla müalicə alan xəstələr 3 gün ərzində sağalıb. Adi metodla isə bu müddət 12 gün olub. İlk qrup 12, digəri isə 20 gün ərzində evə buraxılıb. (publika.az)

Milli.Az