Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

20 İyul 2020 11:44

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqaüdə göndərilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, N.Əliyevin yerinə hələlik yerinə təyinat yoxdur.

Milli.Az