Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 0,2 faiz artıb

20 İyul 2020 10:44

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 22745 nəfər və ya 0,2 faiz artıb.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2020-ci il iyun ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10089853 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Milli.Az